Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti radioaktiv maddə olan uranı xarici vətəndaşa satmağa cəhd göstərən bir nəfəri saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb. 

İstintaq müəyyən edib ki, saxlanılan şəxs əlindəki "Uran-238"i xarici vətəndaşa 700 000 dollara satmağı planlaşdırıb. Həmin şəxsi 10 ilə qədər həbs cəzası gözləyir.

Gülayə Mecid