ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel 27 yaşlı müğənni və siyasi şərhçi Aleksis Vilkinslə nişanlanıb.

"Unikal" xəbər verir ki, Vilkins erməni əsilli olduğunu və xristian dininə mənsubluğunu təsdiqləyib.

Massaçusets ştatının Boston şəhərində anadan olan Vilkins daha əvvəl də erməni kökləri barədə ictimaiyyətə açıqlamalar verib.

Vilkinsin erməni mənşəyi ilə bağlı məlumatlar, onun Patellə olan münasibəti və ətraflarında yaranan son müzakirələr fonunda xüsusi diqqət çəkib. O, həmçinin xristian ailəsində böyüdüyünü qeyd edib.

Cütlük 2022-ci ildə Naşvilldə kantri müğənnisi Con Riçin təşkil etdiyi tədbirdə tanış olub və 2023-cü ildə münasibətlərinə başlayıb. Vilkins həmçinin Patelin FTB direktoru kimi andiçmə mərasimində də iştirak edib.

Seymur Əli