Artıq çəkidən əziyyət çəkən 29 yaşlı Cek Akonun son görünüşü diqqət çəkib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 298 kiloqram çəkiyə çatan Ako həyatında köklü dəyişikliklər etmək qərarına gəlib.
Arıqlamaq üçün mədə bantı taxdıran Ako, yemək vərdişlərini də dəyişdirib. 29 yaşlı kişi sağlam qidalanmağa başlayıb və müntəzəm olaraq idmanla məşğul olaraq prosesi davam etdirib. Bu proqramdan sonra Ako təxminən 190 kiloqram arıqlamağı bacarıb.
Böyük bir dəyişiklikdən sonra Ako idmanı həyatının mərkəzinə qoyub və öz təcrübəsinə əsasən fərdi məşqçi kimi işləməyə başlayıb. 298 kiloqramdan təxminən 190 kiloqram arıqlayan Cek Ako indi bodibildinq yarışında iştirak etməyi hədəfləyir. Ako hazırda yarışa hazırlaşmaq üçün məşqlərini davam etdirir.







































.jpg)










.jpeg)



