ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Sikorsky MH-60R Seahawk" helikopteri Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında, Qırmızı dəniz üzərində sürətlə hündürlüyünü itirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, daha sonea helikopter radardan itib.

Əvvəlcə helikopter təxminən 91 metr hündürlükdə və saatda təxminən 220 kilometr sürətlə hərəkət edib. On bir dəqiqə sonra göstəricilər müvafiq olaraq saatda 17 kilometr sürət və sıfır metr hündürlük qeyd edib.

Bundan iki dəqiqə sonra sürət sıfıra düşüb və transponder siqnalı kəsilib.

Hazırkı ana qədər ABŞ-nin Mərkəzi Komandanlığı və ya Pentaqon tərəfindən heç bir rəsmi açıqlama və ya şərh verilməyib.