ABŞ prezidenti Donald Tramp Braziliyanı Hindistanla səhv salıb.

"Unikal" xəbər verir ki, Amerika lideri Braziliyada keçirilən seçkilərlə bağlı sosial media platforması "Truth Social"da paylaşım edib. 

Amerika lideri yazıb ki, Hindistanda keçirilən prezident seçkilərinin birinci turunda 125 milyon insan səs verib və nəticələr eyni gün açıqlanıb.

Bazar günü Hindistanda seçkilər keçirilməyib. Birincisi, ölkə prezidenti Draupadi Murmu 2022-ci ilin iyul ayından bəri vəzifədədir. İkincisi, bu vəzifə birbaşa səsvermə yolu ilə deyil, parlamentin hər iki palatasının və ştat assambleyalarının üzvlərindən ibarət seçki kollegiyası tərəfindən seçilir.

Trampın bildirdiyi seçici fəallığı rəqəmləri Braziliya prezident seçkilərinin birinci turunun nəticələri ilə üst-üstə düşür. Orada səsvermə yerli vaxtla saat 17:00-da başa çatıb və nəticələr səsvermə məntəqələri bağlandıqdan dərhal sonra dərc olunmağa başlayıb 

Oktyabrın 25-də keçiriləcək ikinci turda hazırkı prezident Luiz İnasio Lula da Silva və keçmiş prezident Jair Bolsonaronun oğlu senator Flavio Bolsonaro iştirak edəcək.