Rusiyalı aktyor Vladimir Vısotski ilə evli olan fransız aktrisa Marina Vladi 88 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu bardə Vladinin yaxınları məlumat yayıb. 

Aktrisanın əsl adı Yekaterina-Marina Polyakova-Baydarova olub. O, 10 may 1938-ci ildə Fransanın Klişi şəhərində rusiyalı mühacir valideynlərin ailəsində anadan olub: atası opera müğənnisi, anası isə balerina olub. O, uşaq yaşlarından aktyorluğa başlayıb və Kuprinin "Olesya" povesti əsasında çəkilmiş "Cadugər" (1956) filmindəki rolu ilə beynəlxalq şöhrət qazanıb.

1963-cü ildə Vladi Marko Ferrerinin "Arı kraliçası" filminə görə Kann Film Festivalında "Ən Yaxşı Aktrisa" mükafatını qazanıb. O, Jan-Lük Qodar, Orson Uells və digər rejissorların filmlərində və 100-dən çox ekran əsərində rol alıb.