Moskvadakı universitetlərdə kütləvi təxliyə işləri aparılır; azı altı təhsil müəssisəsindən tələbələr təxliyə edilib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Təxliyələr Mendeleyev adına Kimya-Texnologiya Universitetində (RKhTU), GİTİS-də, Dövlət Pedaqoji Universitetində və MGUSiT-də həyata keçirilib. GİTİS-də bomba təhlükəsi barədə məlumat verilib, digər universitetlərdəki təxliyələrin səbəbləri isə hələlik məlum deyil.
Qeyd olunur ki, təhsil ocağına anonim məlumat daxil olub, bundan sonra təxliyə işlərinə başlanılıb.
Gülayə Mecid

















































