Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN başçısının müavini Mixail Qaluzinlə görüş keçirib.

"Unikal" xəbər verir ki, görüşdə ikitərəfli gündəlik, iyulun 17-də Moskvada əldə olunan razılaşmaların icrası, mədəni dialoqun bərpası və humanitar məsələlər müzakirə olunub.

Tərəflər qarşıdakı təmasların qrafikini də nəzərdən keçiriblər.