Amerika neft şirkətlərinin Yaxın Şərq münaqişəsi fonunda xəbərdar etdiyi qlobal yanacaq böhranı artıq başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazıb. 

"Neft şirkətləri rəhbərləri böyük yanacaq böhranının artıq baş verdiyini deyirlər", - nəşr yazıb. 

Nəşrin qeyd etdiyi kimi, dünya üzrə kommersiya yanacaq ehtiyatları altı aydan çoxdur ki, tükənib. Və strateji neft ehtiyatlarından istifadə etmək imkanları demək olar ki, tükənib. Təcrübəli enerji mütəxəssisləri xəbərdarlıq ediblər ki, Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün heç bir perspektiv olmadığı üçün vəziyyət nəzarətdən çıxmaq riski daşıyır.

"Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ-də dizel yanacağının qiymətləri bir ayda təxminən 14%, bir ildə isə 60%-dən çox artıb. ABŞ prezidenti yanacaq qiymətlərinin artması ilə mübarizə aparmaq üçün bir sıra tədbirlər görüb, o cümlədən Ağ Evdə neft emalı zavodlarının rəhbərləri ilə xüsusi görüş keçirib və Venesuela ilə böyük neft müqaviləsi imzalayıb. 

Gülayə Mecid