İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampla bağlı açıqlamalar verib.

"Unikal" xəbər verir ki, o, Trampdan nə gözləyəcəyini bilmədiyini deyib.

"O, hər gün yeni bir şey deyir. Bir gün İranı məhv etmək istəyir, ertəsi gün deyir ki, biz İranın dostuyuq. Bir gün deyir ki, bizi qəbul edir, ertəsi gün isə qəbul etmir. Ona görə də, onun hansı açıqlamalarını qəbul edib ona əsasən hərəkət etməli olduğumuzu bilmirik", - deyə Pezeşkian qeyd edib.