Yava dənizində İndoneziyaya məxsus sərnişin bərəsi qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, İndoneziyanın Axtarış və Xilasetmə Agentliyinin yaydığı məlumata görə, hadisə nəticəsində sərnişinlərdən 6-sı ölüb, 107-si xilas edilib, digərlərinin axtarışı aparılır.
Bildirildiyinə görə, içərisində 243 nəfərin olduğu “Virgo Transport 8” gəmisi ilə əlaqə kəsildikdən sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb. Əməliyyatlar üçün birgə işçi qrupu yaradılıb. Hadisə yerinə gəmilər və vertolyot göndərilib. Xilasetmə əməliyyatında 280 nəfər iştirak edir.
*** 10:54
İndoneziya sahillərində göyərtəsində azı 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib.
"Unikal" xəbər verir ko, bu barədə “Reuters” ölkənin axtarış-xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Məlumata əsasən, gəmi Surabaya şəhərindən Banjarmasin şəhərinə hərəkət edirmiş.
Digər təfərrüatlar açıqlanmayıb









.jpg)









.jpg)


.jpg)


































