İsrail qoşunları Suriyanın cənubundakı təhlükəsizlik zonasını tərk etmək niyyətində deyil.
"Unikal" xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz bildirib.
O bu açıqlamanı Baş nazir Binyamin Netanyahu ilə birlikdə Hermon dağının Suriya tərəfindəki İsrail qoşunlarını ziyarət edərkən verib.
"Biz Hermon dağındayıq, təhlükəsizlik zonasındayıq və buradanayrılmayacağıq", - deyə Katz qeyd edib.
İsrail müdafiə naziri, həmçinin, İranı əlavə zərbələrlə hədələyib. O bildirib ki, İsrail artıq iki dəfə İrana hücum edib və lazım gələrsə, təhdidlərin qarşısını almağa davam etmək üçün üçüncü dəfə zərbə endirəcək.















.jpg)









.jpg)


.jpg)




























