Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı münaqişədə Rusiyanın qələbəsinin çox yaxın olduğunu bildirib.

"Unikal" xəbər verir ki, o,bu barədə "Telegram" kanalında yazıb. 

"Biz əminik ki, Ukraynadakı münaqişədə qələbə çox yaxındır. Biz hərbi potensialımıza, çox uğurla davam edən hərbi əməliyyatlarımıza çox əminik", - Kremlin sözçüsü qeyd edib. 

8 sentyabrda Britaniyanın "The Spectator" jurnalı Ukraynanın Rusiya ilə münaqişəsini uduzduğunu bildirib. Məqaləyə görə, ən ciddi böhran Qərb müttəfiqlərinin kifayət qədər dəstəyinin olmaması ilə bağlıdır. Məqalənin müəllifləri iddia edirlər ki, Qərb ölkələri Moskvaya Kiyevə hərbi yardım göstərdiklərindən daha çox neft və qaz üçün pul göndərirlər. Bundan əlavə, eskalasiya qorxusu və öz müdafiələrini Kiyevi dəstəkləməkdən üstün tutmaq avropalıların Ukraynaya uzaq mənzilli raketlər verməsinin qarşısını alır.

Bundan əlavə, Kiyev Moskva ilə sülh danışıqları ehtimalını ciddi şəkildə nəzərdən keçirməkdən imtina edir.

Gülayə Mecid