Sosial mediada "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan haqqında istintaq başlanıb.
"Unikal" xəbər verir ki, sosial media fenomeni Çağla Özlə toyunda ona verdiyi qızıl zinət əşyaları ilə diqqət çəkən Tançalan həbs edilib.
Gəlinin başdan ayağa qızılla bəzədilməsi diqqət çəkib.
Ötən həftə sonu baş tutan toydan sonra Van Vilayət Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin qrupları Tançalanı Muradiye rayonundakı evində saxlayıb.
Tançalan və onun sosial mediada yayılan görüntüləri, eləcə də toyunda aldığı iddia edilən külli miqdarda qızılla bağlı maliyyə araşdırması prosesi başlanıb.
Onun əlavə 25 cinayət qeydinin olduğu da müəyyən edilib.
Şübhəlinin polis bölməsində dindirilməsi davam edir.
Ağarza Elçinoğlu















.jpg)









.jpg)


.jpg)




























