"Tottenhem"in sabiq futbolçusu Terri Day­son vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə London klubunun saytı məlumat yayıb.

Keçmiş oyunçu 91 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Terri Dayson 1955-1965-ci illərdə "Tottenhem"də oynayıb. O, komandanın əsas futbolçularından biri olub və klubla 2 kubok qazanıb.

Dayson "Tottenhem"in heyətində bütün turnirlərdə 209 matç keçirib və 55 qol vurub.