Unay Emerinin rəhbərlik etdiyi İngiltərənin “Aston Villa” klubu UEFA Superkuboku uğrunda keçirilən oyunda Fransanın PSJ komandasına 1:2 hesabı ilə məğlub olub.

"Unikal" xəbər verir ki, bununla da ispaniyalı mütəxəssis məşqçilik karyerasında iştirak etdiyi 4-cü Superkubok matçında da uduzub. Emerinin rəhbərlik etdiyi kollektivlər bu dörd oyunun hər birinə UEFA Avropa Liqasının qalibi kimi vəsiqə qazanıb.

Təcrübəli çalışdırıcı daha əvvəl 2014 və 2015-ci illərdə “Sevilya”nın baş məşqçisi kimi, müvafiq olaraq, “Real Madrid” (0:2) və “Barselona”ya (4:5), 2021-ci ildə isə “Vilyarreal”ın sükanı arxasında “Çelsi”yə (1:1, penaltilər seriyasında 5:6) məğlub olub.

Qeyd edək ki, Unay Emeri UEFA Superkubokunu qazana bilməyən və bu turnirdə dörd finalın hamısını uduzan baş məşqçi kimi tarixə düşüb. Bu, Superkubok uğrunda oyunlarda antirekordudur.