Uqandanın şimal-şərqindəki Karamoja bölgəsində uzun müddət davam edən quraqlıq səbəbindən ən azı 16 nəfər aclıqdan ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, fermerlər aprel ayından, əkin mövsümünün başlanğıcından bəri bölgədə demək olar ki, yağış yağmadığı üçün məhsullarını itirdiklərini deyirlər. Quraqlıq qarğıdalı, sorqo və soya tarlalarını məhv edib və minlərlə ailəni ərzaq ehtiyatından məhrum edib.
Bundan sonra hökumət artıq təcili ərzaq yardımı paylamağa başlayıb.
Mütəxəssislər Karamojada təkrarlanan ərzaq böhranlarını bir sıra amillərin kombinasiyası ilə əlaqələndirirlər: iqlim dəyişikliyi, qeyri-sabit yağışlar, meşələrin qırılması, həddindən artıq otlaq və kənd təsərrüfatı zərərvericilərinin yayılması.
Qeyd edək ki, Şimal-şərqi Uqanda artıq ciddi aclıq böhranı ilə üzləşib: insan haqları təşkilatlarının məlumatına görə, 2022-ci ildə 2200-dən çox insan aclıqdan və əlaqəli xəstəliklərdən ölüb.







.webp)

.webp)







.webp)





























.webp)






