ABŞ-li rəssam Castin Qinyak Taylor Svift və Trevis Kelsinin toyundan sonra Madison Square Garden-ı ziyarət edərək tədbirdən qalan tullantıları toplayıb və onları incəsənət nümunələrinə çevirib.
"Unikal" xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Qinyak bayramdan sonra ərazidə qalan siqaret kötükləri, plastik borular, kağız stəkanlar, parça qırıntıları, istifadə olunmuş ovulyasiya testləri, paketlər, konfet kağızları və hətta tək qalmış sol AirPods qulaqlığını toplayıb.
Rəssam tapdıqlarından miniatür heykəllər hazırlayıb, onları üzərində “Just&T Married” yazısı və toy tarixi qeyd olunan şəffaf qutulara yerləşdirib. Art-obyektlərin hamısı artıq satılıb. Onun “cib tullantıları” adlandırdığı kiçik qutular 25 dollara, böyük nümunələr isə 100 dollara alıcılara təqdim olunub. Qinyakın sözlərinə görə, kiçik qutular cəmi bir gün ərzində satılıb.
Rəssam bildirib ki, bu cür layihələri ilk dəfə həyata keçirmir. O, uzun illərdir Nyu-Yorkda və ABŞ-nin digər şəhərlərində müxtəlif əlamətdar hadisələrdən sonra qalan tullantıları toplayaraq onları xatirə suvenirlərinə çevirir.








































.webp)












