“Mamelodi Sundowns” klubunun və Cənubi Afrika millisinin mərkəz yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, futbolçunun ölüm xəbərini onun məşqçisi Brendin Conson təsdiqləyib. O, ölümün səbəbini açıqlamayıb.
Bəzi KİV-lərdə yayılan məlumatlara görə, Adamsın intihar etdiyi iddia olunur. Həmin məlumatlarda futbolçunun ağır depressiyadan əziyyət çəkdiyi qeyd edilib. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Ceyden Adams 2026-cı il dünya çempionatında Meksika, Çexiya və Cənubi Koreyaya qarşı keçirilən oyunlarda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb. Turnirin 1/16 finalında isə ehtiyat oyunçular skamyasında qalıb. Həmin görüşdə Cənubi Afrika millisi əlavə olunmuş vaxtda buraxdığı qolla Kanadaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Cənubi Afrika millisi 2026-cı il dünya çempionatında tarixində ilk dəfə turnirin pley-off mərhələsinə yüksəlmişdi.





























.webp)



















.webp)

