Fransanın daxili işlər naziri Loran Nunyes ölkənin 22 departamentində yanğınlarla əlaqəli olmaqda şübhəli bilinən 32 nəfərin həbs olunduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki,  bu barədə nazir sosial media saytı "X"də paylaşım edib.

O,  bildirib ki, hakimiyyət orqanları yanğınlara görə məsuliyyət daşıyanları təqib etməyə davam edəcək.

Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron da vətəndaşları ehtiyatlı olmağa çağırmış və qeyd etmişdi ki, hər on meşə yanğınından doqquzu insan fəaliyyətindən qaynaqlanır.

Fransa Mülki Təhlükəsizlik Xidmətinin məlumatına görə, 2026-cı ilin əvvəlindən bəri ölkədə 8000-dən çox yanğın qeydə alınıb və yanmış ərazi 25.000 hektardan çoxdur. Hakimiyyət orqanları cari yanğın mövsümünü son illərin ən pis mövsümlərindən biri adlandırır.