Çin aviaşirkətləri 12 iyulda Bavi tayfunu səbəbindən 2800-dən çox daxili reysi ləğv etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasının məlumat yayıb.
Kanal qeyd edir ki, sərnişinlərə hava dəyişikliklərini və uçuşlarının vəziyyətini diqqətlə izləmək tövsiyə olunur.
11 iyul axşamına qədər əlverişsiz hava şəraiti səbəbindən 1300-dən çox uçuş təxirə salınıb.
Bavi tayfunu Çinin şərqindəki Çjetszyan əyalətinə çatıb və Tayçjou şəhəri yaxınlığında 40 m/s sürətlə külək əsir. Çinin şərqində təxminən 2 milyon insan təxliyə edilib.
Daha əvvəl Çinin Milli Daşqın və Quraqlıqla Mübarizə Qərargahı, eləcə də Çjetszyan və Fujian əyalətlərinin yerli hakimiyyət orqanları Bavi tayfunu üçün təcili yardım tədbirlərini 3-cü səviyyədən 2-ci səviyyəyə qaldırmışdılar. Fırtına artıq Yaponiyanın Sakişima adasının cənub hissəsindən və Tayvanın şimalından keçmişdi.




.webp)






.webp)





























.webp)











