Rusiyanın Romadakı səfirliyinin iki hərbi attaşesi ölkədən qovulub. 

"Unikal" xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani özünün X səhifəsində yazıb.

"İtaliya hökuməti Roma prokurorluğunun araşdırması zamanı aşkarlanan casusluq fəaliyyətlərinə görə məsuliyyət daşıyan İtaliyadakı Rusiya səfirliyindən iki hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib.

İtaliya Xarici İşlər Nazirliyinin baş katibi Romadakı Rusiya səfirinə məlumat verdi ki, İvan Petroviç Qorbaçov və Mixail Vasilyeviç Astaxov üç gün ərzində Romanı tərk etməlidirlər", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu