"Minimum əməkhaqqının artırılması ilə bağlı Əmək Məcəlləsində dəyişikliklər edilib və yeni dəyişikliklərə əsasən, minimum əməkhaqqı ildə ən azı bir dəfə artırılacaq. Ona görə də minimum əməkhaqqında artım artıq ildə bir dəfədən az olmayaraq həyata keçiriləcək".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, artıq növbəti dövrdə bu mütəmadi artımlarla müşahidə olunacaq və qanuniləşəcək:
"Dəyişikliklər cənab Prezident tərəfindən bu ilin fevral ayında təsdiq olundu. Bu deməkdir ki, məhz dəyişikliklər təsdiq olunduğu növbəti bir il ərzində biz minimum əməkhaqqının ən azı bir dəfə artırılmasını müşahidə edəcəyik. Söhbət ən azı bir dəfə artırılmaqdan gedir. Təbii ki, maliyyə imkanları daha çox olacağı halda daha çox artımların həyata keçirilməsi mümkündür. Sadəcə, bizim bu istiqamətdə təkliflərimizdən biri minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin azaldılmasıdır. Nəzərə alsaq ki, hazırda minimum əməkhaqqı orta aylıq əməkhaqqının təxminən 40%-ni formalaşdırır, amma hədəf ən azı 50%-ə çatmaqdır.
Əksər ölkələrdə bu 70% və daha üstündür. Təklifimiz ondan ibarətdir ki, mövcud maliyyə imkanları çərçivəsində minimum əməkhaqqında artımlar həyata keçirilən zaman daha yüksək faizlə artımların həyata keçirilməsi məqsədəuyğun olardı. Çünki bu, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin azalmasına gətirib çıxarardı".
Anar Kəlbiyev




.jpeg)


.jpg)

.jpeg)








.jpg)



























