Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.
"Unikal"ın məlumatına görə, o, Samara Vəkillər Kollegiyasının vəkili, hüquq məsləhətçisidir.
"Samara Vilayəti Azərbaycanlıları Liqası" ictimai təşkilatının rəhbəri Ş.Kərimov hazırda Azərbaycandadır. Qərarın səbəbləri hazırda məlum deyil.
Eyni zamanda Samara Vilayət İctimai Palatasının sədr müavini Yekaterina Kolotovkina bildirib ki, Şirvan Kərimov Samara Vilayət İctimai Palatasının üzvü olaraq qalır.
Onun sözlərinə görə, Şirvan Kərimov sonuncu dəfə plenar iclasda görünüb: "Onun vətəndaşlığının ləğvi ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Biz bunu xəbərlərdən öyrəndik. Hazırda Şirvan Kərimovla bağlı heç bir qərar qəbul edilməyib".
Ağarza Elçinoğlu














.jpeg)


.jpg)

.jpeg)







.jpg)



















