İyulun 9-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Gürcüstan mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulavanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Unikal" xəbər verir ki, qonaqları salamlayan Adil Kərimli iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, iki ölkə liderlərinin birgə səyləri sayəsində Azərbaycan ilə Gürcüstanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu vəziyyət mədəniyyət sahəsində də əlaqələrin inkişafı üçün geniş perspektivlər yaradır.
Nazir son illərdə iki ölkənin xüsusilə teatr və kino sahəsində əməkdaşlığının diqqətəlayiq olduğunu vurğulayıb.
Gürcüstan mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulava səmimi qəbula görə təşəkkür edib, xanım nazir Tinatin Ruxadzenin səmimi salamlarını Adil Kərimliyə çatdırıb.
Gürcü qonaq Azərbaycan ilə mədəni-humanitar sahədə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qonşu ölkənin nümayəndə heyəti Azərbaycan və Gürcüstan Mədəniyyət nazirlikləri arasında birgə İşçi qrupunun 3-cü iclasında iştirak etmək üçün Bakıya gəlib.






















.jpeg)


.jpg)

.jpeg)








.jpg)













