Ötən gün Gürcüstanın Marneuli şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, motosikletin restorana çırpılması nəticəsində sürücü ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində həyatını itirən şəxs Marneuli merinin sabiq müavini Zurab Panqaninin qardaşı Laşa Panqanidir.