İran Xarici İşlər Nazirliyi, Amerikanın respublika ərazisinə yeni zərbələrindən sonra ABŞ-ni müharibə cinayətlərində ittiham edib. 

"Unikal" xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb. 

"ABŞ-nin terrorçu ordusunun müqəddəs Məşhəd şəhərinə gedən dəmir yolu marşrutundakı cənub sahil əyalətlərindəki bir neçə nöqtəyə və şərq əyalətlərindəki iki körpüyə etdiyi və şübhəsiz ki, ağır müharibə cinayəti təşkil edən təcavüzkar hücumlarını ən sərt şəkildə pisləyir", - deyə bəyanatda bildirilir.

Departamentin qeyd etdiyi kimi, "ABŞ-nin son 48 saat ərzində İran İslam Respublikasına qarşı cinayətkar hərəkətləri" ABŞ və İran arasında memorandumun pozulmasıdır və eyni zamanda bbu, beynəlxalq hüququ pozur.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika qüvvələrinin  hava hücumundan müdafiə sistemləri, raket və pilotsuz təyyarə anbarları və dəniz logistika obyektləri də daxil olmaqla, İranın təxminən 90 hərbi hədəfinə zərbə endirdiyini açıqlamışdı.

Gülayə Mecid