Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin birinci yarımilində 25,3 min şəxsə əlillik təyin edilib.
ƏƏSMN-dən "Unikal"a verilən məlumata görə, onlardan 10,9 min şəxsə ilkin, 14,4 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Qeyd olunub ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.




























.jpeg)















