İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ni xəbərdar edib və Hörmüz boğazının yalnız Tehranın şərtləri ilə açılacağını bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
"Əgər zərbə endirsəniz, sizə cavab zərbəsi endiriləcək. Boş yerə vuruşmayın, yoxsa daha da dərinə batacaqsınız. Hörmüz boğazı yalnız İranın şərtləri ilə açılacaq, Amerika təhdidləri ilə deyil", - deyə o qeyd edib.
Xatırladaq ki, İran Küveyt və Bəhreyndə ABŞ hədəflərinə cavab zərbələri endirib. İran raketləri həmçinin İordaniyadakı Əl-Əzraq hava bazasını da hədəf alıb.
Son iki gecə ərzində ABŞ İrana qarşı hücumları bərpa edib. Tehran bu hücumların cavabsız qalmayacağına söz verib.
Gülayə Mecid








































.jpg)
.jpg)
.jpg)




.jpg)




