"Taşacak Bu Deniz" serialındakı "Esme" rolu ilə məşhurlaşan aktrisa Deniz Baysal şəxsi həyatı ilə diqqət mərkəzindədir.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2019-cu ildə "Kolpa" qrupunun aparıcı müğənnisi Barış Yurtçu ilə evlənən Baysal boşanma qərarı alıb.
Hətta aktrisa boşanma prosesi zamanı evindən İzmirə, ailəsinin yanına köçüb.
Jurnalist Birsen Altuntaşın sözlərinə görə, Deniz Baysal bu həftənin əvvəlində İstanbul Məhkəməsinə "fikir ayrılıqları və diqqətsizlik" səbəbi ilə boşanma üçün müraciət edib. Bildirilir ki, aktrisa evliliyinə son qoymaqda qərarlıdır.
İddialara görə, Baysal prosesin sülh yolu ilə bitməsini istəyib. Lakin Barış Yurtçu boşanmaq istəmədiyi üçün iş mübahisəli boşanmaya çevrilib. Həmçinin iddia edilib ki, məşhur aktrisa məhkəmədən məxfilik qərarı istəyib.











.jpeg)



























.jpg)






