UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə” və Gürcüstanın “Torpedo” komandaları arasında Sumqayıtda keçirilən ilk oyun başa çatıb.
"Unikal" xəbər verir ki, Sumqayıt şəhər stadionunda oynanılan görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 32-ci dəqiqədə Ruan Renato açıb. Davit Volkov 47-ci dəqiqədə tablodakı rəqəmləri 2:0 edib. Matçda son nöqtəni penaltidən dublunu rəsmiləşdirən Ruan Renato qoyub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda olacaq.
20:01
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Sumqayıtda “Zirə” və Gürcüstanın “Torpedo” komandaları arasında ilk oyun başlayıb.
"Unikal" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan görüş saat 20:00-da start götürüb. Matçı finlandiyalı baş hakim Yuri Hüytiya idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda olacaq.





.jpg)
.jpg)
.jpg)




.jpg)







.jpg)



































