Ukrayna və Polşa prezidentləri Volodimir Zelenski və Karol Navrotski Ankarada keçirilən NATO sammitində ikitərəfli görüş keçiriblər.

"Unikal" xəbər verir ki, bu, Polşa prezidentinin Zelenskini ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etmək qərarından bəri liderlər arasında ilk görüşdür. Navrotski bunu Ukraynanın xüsusi təyinatlı qüvvələrindən birinə "UPA qəhrəmanları" adını vermək qərarına reaksiya adlandırmışdı.

Zelenski söhbəti "vacib və zəruri" adlandıraraq Navrotski ilə bir saatdan çox danışdığını qeyd edib.

"Bizim bir ortaq təhdidimiz var: Rusiya. Qarşılıqlı anlaşmanı, dəstəyi qorumaq və birlikdə hərəkət etmək vacibdir", - deyə Ukrayna prezidenti vurğulayıb və hər iki liderin dialoqu davam etdirmək barədə razılığa gəldiyini qeyd edib.