NATO-nun Ankara Zirvə Görüşü sonra birgə Bəyanat qəbul edilib.
"Unikal" xəbər verir ki, bəyanatda NATO-nun dövlət və hökumət başçıları alyansın kollektiv müdafiəyə sadiqliyini bir daha təsdiqləyib və 2026-cı ilə qədər Ukraynaya 70 milyard avroluq hərbi dəstək vəd ediblər.
Bəyanatda həmçinin NATO-nun 50 milyard dollardan çox yeni müdafiə alış-verişi edəcəyi bildirilib və Rusiyanın Avro-Atlantik təhlükəsizliyinə uzunmüddətli təhdid yaratmağa davam etməsi və İranın nüvə silahına sahib olmasına icazə verilməməli olduğu vurğulanıb.
NATO dövlət və hökumət başçıları tərəfindən qəbul edilmiş Ankara Zirvə Bəyannaməsində Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə əsasən kollektiv müdafiəyə sadiqliyin "sarsılmaz" olduğu bildirilir və əlavə olunur: "Birimizə hücum hamımıza hücum deməkdir. Birliyimiz, həmrəyliyimiz və ortaq gücümüz azad və demokratik millətlər ittifaqımızın bir milyard vətəndaşının sülhü, təhlükəsizliyi və rifahının əsasını təşkil edir".
Bəyanatda Avropanın NATO daxilində daha böyük məsuliyyət daşıdığı vurğulanaraq, alyansın çəkindirmə və müdafiə qabiliyyətlərinin nüvə, ənənəvi və raketdən müdafiə imkanları, eləcə də kosmik və kiber imkanları ilə dəstəklənəcəyi qeyd olunur. Bəyanatda müttəfiqlərin dəqiq uzunmənzilli zərbələrə, inteqrasiya olunmuş hava və raketdən müdafiəyə, pilotsuz sistemlərə, qabaqcıl texnologiyaya və kəşfiyyat imkanlarına investisiya qoyacağı bildirilir və əlavə olunur: "Biz qarşılıqlı fəaliyyət göstərən transatlantik döyüş buludu hazırlayırıq və güclü süni intellekt modellərini tətbiq edirik".
Ağarza Elçinoğlu


























.jpg)


























