Xəzər dənizində tankerlərə endirilən zərbələr Ukraynanın terror fəaliyyətinin bariz nümunəsidir.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
Kremlin sözçüsü bildirib ki, "bu, Kiyev rejiminin beynəlxalq enerji infrastrukturuna qarşı terrorçu fəaliyyətinin tam təzahürüdür".
Peskov bildirib ki, Rusiyanın tankerlərə endirilən zərbələrə cavabı Ukraynadakı xüsusi hərbi əməliyyatı davam etdirməkdir.
8 iyul səhəri Ukrayna dronları Taqanroq körfəzində Rostov-na-Donu istiqamətində hərəkət edən iki tankerə hücum edib. Hücum nəticəsində gəmilər zədələnib.
Gülayə Mecid











.jpg)








































