Türkiyənin ev sahibliyi ilə Ankarada keçirilən 36-cı NATO Liderlər Zirvəsi təkcə mühüm təhlükəsizlik gündəliyi ilə deyil, diplomatik dəhlizlərdə gülümsədən anlarla da yadda qalıb.
"Unikal" xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə Norveçin Baş naziri Jonas Gahr Störe zirvə iclasları öncəsi ölkələrinin milli komanda formalarında bir araya gələrək, qarşıdan gələn dünya çempionatının 1/4 final oyunu öncəsi əl sıxıblar.
Sözügedən paylaşım Störe tərəfindən "X"da yayımlanıb. Belə ki, norveçli siyasətçi videoya iki ölkə arasındakı unudulmaz futbol rəqabətini xatırladaraq başlayıb:
"45 il əvvəl dünya çempionatının seçmə mərhələsində Norveç İngiltərəni məğlub etmişdi. Radio şərhçisi də "Marqaret Tetçer, məni eşidirsiniz? Uşaqlarınız möhkəm döyülüb" demişdi".
Starmer isə bu eyhamı siyasi zarafatla cavablandırıb. O, İngiltərənin indiyədək yeganə dünya çempionluğunu 1966-cı ildə Leyboristlər Partiyasının hakimiyyəti dövründə qazandığını xatırladaraq bildirib:
"Amma demədiyin bir məqam da var: İngiltərə Dünya Kubokunu yalnız Leyborist hökuməti dönəmində qazanıb. Deməli, bu dəfə növbə bizdədir".
Störenin isə “Gözləyib görəcəyik. Möhtəşəm oyun olacaq” cavabını verib. Daha sonra iki lider bir-birinə uğurlar arzulayaraq söhbəti yekunlaşdırıblar.
Gülayə Mecid







































.jpeg)









