Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrə magistratura səviyyəsində beynəlxalq təhsil imkanı təqdim edir.
"Unikal" xəbər verir ki, AzTU Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg və İsrailin Bar-İlan Universiteti ilə birgə müvafiq ixtisaslar üzrə ikili diplom proqramlarına tələbə qəbulu aparır.
Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg ilə ikili diplom proqramı materiallar mühəndisliyi ixtisasının maşınqayırmada materialşünaslıq ixtisaslaşması üzrə həyata keçirilir. Tədrisi alman dilində aparılacaq proqram çərçivəsində tələbələr hər iki universitetin akademik imkanlarından yararlanaraq materialşünaslıq və maşınqayırma sahəsində müasir bilik və bacarıqlar əldə edəcəklər. Bundan əlavə, tələbələrə Almaniyanın müəssisələrində təcrübə keçmək imkanı da yaradılacaq.
Bar-İlan Universiteti ilə ikili diplom proqramı elektrik və elektronika mühəndisliyi ixtisasının nanoelektronika ixtisaslaşması üzrə həyata keçiriləcək. Tədrisi ingilis dilində aparılacaq proqrama qəbul olunan tələbələr hər iki universitetin akademik imkanlarından yararlanaraq beynəlxalq təhsil təcrübəsi qazanacaq və nanoelektronika sahəsində müasir bilik və bacarıqlar əldə edəcəklər.












.jpg)






































