Futzal üzrə UEFA Çempionlar Liqasında 2026-2027-ci illər mövsümünün ilk püşkatma mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, püşkün nəticəsinə əsasən, ilkin və əsas mərhələdə iştirak edəcək komandaların rəqibləri müəyyənləşib.
Azərbaycan çempionu “Araz-Naxçıvan” əsas mərhələnin B yolunda mübarizəyə başlayacaq. Komandanın yer aldğı 5-ci qrupun oyunları Polşada keçiriləcək.
“Qırmızı-ağlar” “Piast”, eləcə də ilkin mərhələnin C (“Buba Mara” (Bosniya və Herseqovina), GİU (Gürcüstan), “Utleyra İdrettslaq” (Norveç), LYNX (Cəbəllütarıq) və E (“Veilimdorf” (Almaniya), “Tallin” (Estoniya), “Unisport” (Ermənistan), “Reykyavik” (İslandiya) qruplarının qalibləri ilə üz-üzə gələcək.
Əsas mərhələnin oyunları oktyabrın 27-dən və noyabrın 1-dək keçiriləcək. Yalnız qrup qalibi 1/8 finalda oynamaq hüququ qazanacaq.
Məlumat üçün qeyd edək ki, ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 komanda yarışda iştirak edəcək. Onlardan 32-si ilkin mərhələdə mübarizə aparacaq və 8 komanda əsas mərhələyə vəsiqə əldə edəcək. Digər 24 klub isə əsas mərhələdən mövsümə start verəcək.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda ola bilməz. Buna görə də “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupdakı iştirakçı komandalarla bağlı dəyişiklik edilə bilər.











.jpg)







































