Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev diplomatik xidmət orqanlarının bir neçə əməkdaşına diplomatik rütbələr verilməsi ilə bağlı sərəncam imzalayıb.
"Unikal"ın məlumatına görə, Hacıyev Sultan Ağami oğlu və Nəsibov Ruslan Rafael oğluna birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Sultan Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. O həmçinin , iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsidir.
Ruslan Nəsibov Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. O, 2019-cu ilin dekabrında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Becanov Samir Arif oğlu və Nəcəfli Anar Cəfər oğluna isə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Samir Becanov Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinin, Anar Nəcəfli isə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisidir.
Anar Kəlbiyev












.jpg)






































