2004-cü ildə İstanbulda keçirilən NATO Zirvəsi Türkiyə siyasi tarixində uzun illər müzakirə olunan hadisə ilə yadda qalmışdı.
Belə ki, həmin vaxt Baş nazir olan Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan başörtülü olduğu üçün NATO liderlərinin və onların xanımlarının iştirak etdiyi rəsmi qəbul proqramına dəvət edilməmişdi. Ərdoğan isə həmin dövrdə “Dövlətin nüfuzu hər şeydən önəmlidir” deyərək tədbirə tək qatılmışdı.
Lakin zaman - tələbi-haqqın, ədalətin təntənəsidir...
"Unikal" diqqətə çatdırır ki, düz 22 il sonra NATO Zirvəsi yenidən Türkiyədə keçirilir.
Ankarada təşkil olunan sammit Prezident Rəcəb Tayyib Ərdoğan üçün mühüm faktordur. Çünki Ərdoğan Türkiyənin ev sahibliyi etdiyi iki ayrı NATO zirvəsinə rəhbərlik edən ilk lider kimi tarixə adını yazdırdı.
Bunun fonunda, illər əvvəl hicablı olduğuna görə NATO qəbulundan kənarda qalan Əminə Ərdoğan hazırda tarixi, o cümlədən, siyasi arenaya səs salacaq toplantıya ev sahibliyi edir.
Əminə Ərdoğanın 2004-cü ildəki toplantıdan uzaqlaşdırılmasına Türkiyə lideri nə az, nə çox düz 22 il sonra Ankarada keçirilən NATO Zirvəsinin resepsiyasını ona həvalə etməklə simvolik cavab verdi.
Gülayə Mecid
























.jpg)





























