“Qarabağ” kimi komandaya qarşı oyanacağımız üçün çox həyəcanlıyıq.
"Unikal" xəbər verir ki, bu sözləri İslandiyanın “Vestri” klubunun baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, heyətdəki dəyişikliklərin Ağdam təmsilçisinin oyununa ciddi təsir edəcəyini düşünmür: “Qarabağ”da oyunçular dəyişsə də, baş məşqçi eynidir. Komandanın yoldaşlıq oyunlarını izləmişəm. Onlar əvvəlki kimi eyni fəlsəfə ilə çıxış edirlər. Ötən mövsüm Çempionlar Liqasındakı oyunlarına da baxmışam. Püşkatma zamanı futbolçularımız çox həyəcanlandılar və belə güclü rəqibə qarşı oynayacaqları üçün sevindilər”.
Onun sözlərinə görə, “Qarabağ” hücumameyilli futbol nümayiş etdirən komandadır və rəqibi əks-hücumlarda yaxalamağı bacarır.
Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” oyunu saat 20:00-da başlayacaq.
























.jpg)




























