"Fevralın 28-də İsrailin təhriki ilə başlayan müharibədə dünən gecə çox mühüm bir addım atıldı".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

"ABŞ və İran arasındakı münaqişəyə son qoymağa yönəlmiş razılaşmanın əldə olunduğu elan edildi. Beləliklə, aylarla gərginlik içində olan regionumuz dərindən nəfəs ala bildi", - deyə Türkiyə Prezidenti Ərdoğan ölkənin Nazirlər Kabinetinin növbəti iclasından sonrakı çıxışında bildirib.

Türkiyə Prezidenti əlavə edib ki, türklər, ərəblər, kürdlər və farslar arasında nifaq salmaq cəhdləri boşa çıxıb. Ankara "təxribatlara uymayıb" və Qətər ilə Səudiyyə Ərəbistanı ilə birlikdə Pakistanın vasitəçiliyi ilə həyata keçirilən sülh səylərini dəstəkləyib.