İspaniyanın “Real Madrid” klubu müdafiəçi Mark Kukurelyanın transferini rəsmən açıqlayıb.

"Unikal" xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin “Çelsi” klubu ilə futbolçunun keçidi barədə razılığa gəlib.

İspaniyalı oyunçu ilə 2032-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.

27 yaşlı müdafiəçi peşəkar karyerası ərzində “Barselona”, “Eybar”, “Xetafe”, “Brayton” və “Çelsi” klublarının formasını geyinib. O, İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi olub.

Qeyd edək ki, Kukurelya 2022-ci ildən “Çelsi”də çıxış edirdi. O, London təmsilçisinin heyətində UEFA Konfrans Liqasının qalibi olub.