Türkiyəli oriyental rəqqasə Asena yenidən gündəmə gəlib.
"Unikal" xəbər verir ki, iş adamı Kani Kudu ilə münasibətə başlayan rəqqasə qınaq obyektinə çevrilib. Belə ki, Asena vaxtilə həmin iş adamına "qardaş", xanımı Meltem Kuduya isə "bacı" deyə müraciət edirdi. Onun indi belə bir addım atması tənqid atəşinə tutulub.
Məsələ ilə bağlı açıqlama verən Asena Kani ilə sevgili olduğunu etiraf edərək, hər ikisinin boşandığını, heç bir qadının göz yaşına bais olmadığını deyib. O, özündən böyük insanlara hər zaman "qardaş" və "bacı" deyə xitab etdiyini , iş adamının keçmiş xanımı ilə heç bir yaxın münasibəti olmadığını bildirib.


















.jpg)




































