ABŞ və İran nümayəndə heyətlərinin nümayəndələri iyunun 19-da Cenevrədə görüşə bilərlər.
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "RİA Novosti" agentliyinə müsahibəsində deyib.
"Çox güman ki, cümə günü İsveçrədə nümayəndə heyətləri rəhbərlərinin görüşü keçiriləcək və bununla bağlı razılaşma imzalanacaq", - deyə o bildirib.
O qeyd edib ki, memorandum imzalandıqdan sonra danışıqların növbəti mərhələsinin birinci mərhələsi keçiriləcək. Nazir İran nümayəndə heyətinə Parlamentin sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik edəcəyini bildirib.
14 iyunda Tramp ABŞ-nin İranla razılığa gəldiyini təsdiqləyib. O, Hörmüz boğazının maneəsiz açılmasına və İslam Respublikasına qarşı dəniz blokadasının dərhal qaldırılmasına icazə verib. Danışıqlarda vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif tərəflərin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldiyini açıqlayıb.















.jpg)







































