Həftəsonu ümumilikdə axtarışda olan 83 nəfər tutulub.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin iyunun 13-də və 14-də keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.