Tanınmış keçmiş vəkil Elman Paşayevin oğlu, 26 yaşlı Elvin irimiqyaslı dələduzluq işi ilə əlaqədar Rusiyada həbs edilib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, fevral ayından bəri həbsdədir.
Lakin məhkəmə sənədlərinə görə, onun həbs olunduğu cinayət işi əvvəlcə 2025-ci ilin oktyabrında açılıb.
Xatırladaq ki, Elman Paşayevin özü hazırda Donetskdəki istintaq təcridxanasındadır. Onun vəkili 45 milyon rubldan çox məbləğdə dələduzluqla bağlı məhkəmə prosesi daha bir və ya iki il davam edə biləcəyini bildirir. Paşayevi 10 ilə qədər həbs cəzası gözləyir.
Ağarza Elçinoğlu









































.png)












