Əfsanəvi britaniyalı aparıcı və veteran araşdırmaçı jurnalist Rocer Kuk qısa sürən xəstəlikdən sonra vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti onun ailəsinə istinadən məlumat yayıb.
Kuk 13 iyunda vəfat edib.
83 yaşlı Kuk 50 ildən çox televiziya jurnalistikasında çalışıb və cinayətkarlığı, korrupsiyanı və ədalətsizliyi ifşa etməklə şöhrət qazanıb. O, tez-tez cinayətkarlarla üz-üzə görüşüb və müsahibələr zamanı tez-tez döyülüb. Kuk "Böyük Britaniyanın ən çox döyülən jurnalisti" kimi tanınıb. O, barmaqları, qolları və qabırğaları sındırılıb, huşunu itirənə qədər 12 dəfə döyülüb, dəfələrlə xəstəxanaya yerləşdirilib.






















.jpg)
































