"Arzum 9999" ləqəbli bloger İlduzə Hacıyeva Elmar qızının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, Bakı şəhər Xəzər rayon Məhkəməsində keçirilən prosesdə blogerin vəkili Fərid Həsənov məhkəməyə vəsatətlər təqdim edib və vəsatət təmin edilib. 

Eyni zamanda prosesdə bloger Arzumun qızı və əlavə şahid kimi hadisə zamanı olan şəxs dindirilib. Onlar hadisənin detalları barədə ətraflı məlumat veriblər. 

İlduzə Hacıyevanın vəkili məhkəməyə ibtidai araşdırma dövründə tərtib edilmiş bəzi prosessual sənədlərin sübutlar siyahısından çıxarılması ilə bağlı da vəsatət verib. 

Daha sonra hadisənin videogörüntülərinə baxış keçirilib. 

Məhkəmənin növbəti iclası iyunun 4-nə təyin edilib. 

Qeyd edək, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb. 

Xatırladaq ki, istintaq zamanı bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. 

Orxan Rasifoğlu