Azərbaycan İdman Akademiyasında (ASA) ənənəvi “Məzun günü” keçirilib.

"Unikal" xəbər verir ki, ASA-nın uğurlu təhsil siyasəti, tələbələrin ölkədaxili və beynəlxalq idman yarışlarında qazandıqları nailiyyətləri özündə əks etdirən video nümayiş olunub. Daha sonra məzunların və magistrantların uğurları videoçarx vasitəsi ilə səsləndirilib.

Təhsil aldığı müddətdə tədrisdə əldə etdiyi yüksək nəticələrə və idman performansına görə fərqlənən tələbələrə fəxri fərman, təşəkkürnamələr, eləcə də hər ixtisas və ixtisaslaşma üzrə ən yüksək göstərici ilə fərqlənən məzunlara fəxri fərmanlar təqdim olunub. Elmi fəaliyyət, idman uğurları, ictimai fəallıq və sosial təşəbbüskarlıqla seçilən məzunlara isə təşəkkürnamələr verilib.

Akademiyanın rektoru Fuad Hacıyev məzunları təbrik edib, onları və valideynləri maraqlandıran sualları cavablandırıb, uğurlu karyera yolları ilə bağlı tövsiyələrini verib.
 
Əyləncəli proqramla davam edən “Məzun günü” ənənəvi “papaqatma” mərasimi ilə yekunlaşıb.