Gəncədə avtomobil yanıb.

"Unikal"ın  məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə Mercedes markalı minik maşını qəfil yanmağa başlayıb.

Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb. Ərazidə tıxac yaranıb, hadisə yerinə DYP əməkdaşları cəlb. Yolda hərəkət bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov